Ata oğlunun avtomobilini yandırdı - Bərdədə

15 aprel tarixində Fövqəladə Hallar Nazirliyi Bərdə rayonunun Çələbilər kəndində "Daevoo-Espero" markalı avtomobilin yanması ilə bağlı məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Qaynarinfo-nun məlumatına görə, hadisənin 1974-cü ildə Çələbilər kəndində anadan olmuş Zabil (ad-şərti) tərəfindən qəsdən törədildiyi məlum olub.
Belə ki, Zabil torpaq sahəsi əlindən aldığı üçün hadisəni törətdiyini deyib (torpağın kim tərəfindən və hansı səbəbdən alınması bəlli deyil). O, buna etiraz əlaməti olaraq 15 aprel 2024-cü il tarixdə oğlu Əfqan Həsənova məxsus "Daevoo-Espero" markalı avtomobili yandırmaq qərarına gəlib. Bu barədə avtomobilin sahibi olan oğlu ilə də razılaşıb.
Aprelin 15-i, saat 13.00 radələrində oğluna məxsus "DaevooEspero" markalı maşının üzərinə və içinə benzin tökərək yandırıb. Hadisə vaxtı yüksək səslə nalayiq ifadələr işlədib. Olay yerinə polis əməkdaşları və yanğınsöndürənlər gəlib. Bu zaman o, polis əməlkdaşlarının qanuni tələblərinə də tabe olmayıb.
Zabil saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, iş baxılması üçün məhkəməyə göndərilib.
Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməlindən peşman olduğunu bildirib və köməklik göstərilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Zabil 25 gün müddətinə həbs edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












