Atatürk liseyinin şagirdi azyaşlı qızlara qarşı əxlaqsızlıq etdiyinə görə bıçaqlanıb

Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın İsrayıl Cəfərzadə 12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Sərkar Məmmədov (soyadlar şərtidir) Atatürk liseyinin 6-cı sinif şagirdi, 2012-ci il təvəllüdlü Ömər Əliyevi bıçaqlayıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, Ömər nadinc uşaqdır. Dəfələrlə onun məhəllədəki azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etdiyini görüb. Sərkar Ömərin onların məhəlləsinə gəlməsindən qəzəblənib və bıçaqla ona xəsarət yetirib. Daha sonra isə könüllü olaraq polisə təslim olub. Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, psixi xəstəliyi var və əvvəllər Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində müalicə alıb.
Şahidlər də məhkəmədə verdikləri ifadələrində Sərkarın Öməri bıçaqladığını təsdiqləyiblər.
Məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunub ki, təqsirləndirilən şəxsə “Paranoid Şizofreniya” diaqnozu qoyulub:
“O, cinayət əməlini törədən zaman paranoid şizofreniya xəstəliyindən əziyyət çəkib. Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir”, - deyə ekspertiza rəyində bildirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.2.3-cü və 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirləndirilən Sərkar Məmmədov nəzərdə tutulan əməllərini anlaqsız vəziyyətdə törətdiyindən Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərar qəbul edilib.
unikal
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












