Avtobus zolağını saymayan sürücü - FOTO

Bəzi sürücülərin avtobus zolağına ikrah və qəzəblə yanaşmasını hardasa başa düşmək mümkündür. Hər bir vətəndaşın nəyəsə münasibət bildirməsi təbii və konstitusion hüququdur. Sürücülərimizin çoxu velosiped və avtobus zolaqlarını lüzumsuz hesab edir. Hər kəs düşüncəsində azaddır. Lakin hansısa qaydanı pozmaq artıq azadlıq məfhumu ilə izah edilə bilməz.
Avtosfer.az xəbər verir ki, bu foto 09 may tarixində saat 12.13-də, Bülbül prospektində, metronun Sahil stansiyasının girişində çəkilib. 10-VV-600 nömrə nişanlı lüks avtomobil qəza işıqlarını yandıraraq avtobus zolağında dayanıb. 18 saylı marşrutdakı iritutumlu avtobus isə bu maşına görə çətinliklə də olsa sola manevr edərək onsuz da sıx olan hərəkətin daha da çətinləşməsinə səbəb oldu. Maraqlıdır ki, sürücü də maşında idi və olanları görürdü. İş bununla bitmədi. Avtobus sürücüsü də bu zolaqdan istifadə edə bilmədiklərindən şikayətləndi.
Eyni ərazidən təxminən 10 dəqiqə sonra təkrarən keçəndə eyni avtomobilin eyni yolda, 20-30 metr irəlidə dayandığını gördüm və məndə belə bir sual yarandı: bu ərazidə kamera yoxdur, yoxsa sürücü 40 manatlıq cəriməni ümumiyyətlə böyük pul hesab etmir?
Maraqlıdır ki, bu ərazidəki iaşə obyektlərinə gələn avtomobillər də baqajı açaraq zolaqda istədikləri qədər dayanırlar. Xüsusən də səhər və axşam saatlarında.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












