Avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan olmayıb

Xəbər verdiyimiz kimi 7 mart 2022-ci il tarixində saat 20:30 radələrində Suraxanı rayonu “Yeni Bahar” yaşayış masivində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyi baş verən hadisə ilə bağlı məlumat yayıb.
Yayılan məlumatda bildirilir ki, hadisə zamanı avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb və yayılan məlumat həqiqəti əks etdirmir:
“Azlənd-Plaza” MMC-nin müvəqqəti istismarında olan 161 nömrəli müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili qarşısına çıxıb. Avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb.
Hadisə zamanı 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












