Avtodayanacaqda oğurluq: 29 mindən 14 mini götürdü

Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən "Dalğa Plaza" biznes mərkəzinin həyətində yerləşən ödənişli avtodayanacaqda oğurluq edən şəxsə hökm oxunub.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, 1993-cü il təvəllüdlü R.R. avtodayanacaqda dayanan "Hyundai Elantra" markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək oğurluq edib.
Əvvəllər də oğurluğa görə məhkum edilmiş R.R. avtomobildən içərisində 29.000 min manat olan sellofan torbanı götürüb. Təqsirləndirilən şəxs həmin puldan 14 min manatını oğurlayaraq, qalan vəsaiti torbaya ataraq yerinə qoyub. Bildirib ki, avtomobildən özünə lazım olan qədər pul götürüb.
Məlum olub ki, oğurluq V.Rəhimovun avtomobilindən edilib. O, "Dalğa Plaza" biznes mərkəzinin həyətindəki ödənişli avtodayanacaqda avtomobilini saxlayaraq, həyat yoldaşı G.Rəhimovanı doğum günü münasibəti ilə "Dəniz Mail" Ticarət Mərkəzinə aparıb.
Zərərçəkmiş 29 min manatı xanımı ilə birlikdə xaricdə magistr təhsili almaq məqsədilə banka köçürmək üçün avtomobilə qoyubmuş.
Məhkəmənin qərarı ilə R.R. Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 8 ay müddətə azadlıqdan məhrum edilib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












