Avtomobil piyadanı vurdu: "AzParking" heyəti vətəndaşın həyatını xilas etdi - VİDEO

Səməd Vurğun küçəsi – 19 may 2026-cı il – "AzParking" əməkdaşları piyada zolağında avtomobil qəzasına uğrayan vətəndaşa təcili tibbi yardım gələnə qədər həyati əhəmiyyətli müdaxilə edərək, onun stabil qalmasına nail olublar.
Avtosfer.az xəbər verir ki, hadisə baş verən an əraziyə dərhal yaxınlaşan "AzParking"in sahə rəisi və bələdçilərdən ibarət işçi heyəti zərərçəkənə zəruri ilkin yardımı göstərib. Şirkətin i-patrul avtomobillərindəki xüsusi tibbi ləvazimatlar vətəndaşın vəziyyətinin nəzarət altında saxlanılmasında həlledici rol oynayıb.
"Qəza baş verən an heç bir tərəddüd etmədən köməyə qaçdıq," – deyə prosesi idarə edən sahə rəisi bildirib. "İ-patrul avtomobillərimizdəki ilkin yardım çantalarının tam təchizatlı olması bizə həkimlər gələnə qədər operativ addımlar atmağa imkan verdi. Bizim üçün insan həyatı hər şeydən önəmlidir."
Hadisə şahidləri əməkdaşların bu fədakar və çevik davranışını yüksək qiymətləndirərək, onlara öz xüsusi təşəkkürlərini bildiriblər.
Bu hadisə qurumun parklanma əməliyyatları zamanı nizam-intizamı qorumaqları ilə yanaşı, həm də əməkdaşların hər zaman ekstremal vəziyyətlərə hazır olmasını və ictimai təhlükəsizliyə verilən dəyəri bir daha sübut edir.
"AzParking" haqqında: "AzParking" — ölkə ərazisində parklanma sisteminin müasir standartlara uyğun həyata keçirilməsini təmin edən, şəhər nəqliyyatının idarə edilməsini rəqəmsallaşdıran və bu sahədə şəffaflığı təmin edən innovativ sistemdir. Bu rəqəmsal həll sürücülərə boş yerləri asanlıqla tapmaq və ödənişləri nağdsız qaydada həyata keçirmək imkanı yaradır.
Xırdalanda qayda pozan piyadalar təhlükəli vəziyyət yaratdı - VİDEO
Elektron siqaretə görə tələbənin ağciyərləri sıradan çıxdı
İnşaat materialları yandı, körpü əyildi - FOTO
Qobustandakı magistral yol niyə çöküb? - Ekspert səbəbləri AÇIQLADI - FOTO
Ucarda 46 yaşlı kişini maşın vurub öldürdü - Sürücü ərazidən qaçdı
Oğul anasını traktorla vurub öldürdü
Şəhərin mərkəzində təhlükəli anlar: Gənc qız avtomobilin qarşısına qaçdı - VİDEO
Goranboyda yük maşını piyadanı vurub öldürdü
Rusiyada qazdaşıyan sistern belə partladı – VİDEO
İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub - YENİLƏNİB
Hərəkətdə olan "Kamaz" dəhşət saçdı - VİDEO










