İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub - YENİLƏNİB

Lahıc-Burovdal avtomobil yolunun hərəkət hissəsi qaya parçalarından təmizlənib.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, avtomobil yolunda hərəkət bərpa olunub.
***10:42
İsmayıllı-Lahıc avtomobil yolunda aparılan işlərin yaxın saatlarda başa çatdırılması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, Lahıc-Burovdal avtomobil yolunun 17 və 17.2-ci kilometrlik hissələrində qaya uçqunu baş verib:
"Hadisədən dərhal sonra əraziyə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunublar. Gecə yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işləri aparılıb və hazırda da davam etdirilir. Uçqun baş verən ərazilərdən birində təmizləmə işləri artıq yekunlaşıb, digər hissədə isə işlərin yaxın saatlarda başa çatdırılması planlaşdırılır".
***09:15
İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.
Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır.



Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












