Avtomobili narkotikin təsiri altında idarə edən sürücülər AŞKAR OLUNUB

Şəhər ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı profilaktik tədbir keçirilib
Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 2 sürücü – Yusif Cəbrayılov və Həsən Hüseynov saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana və metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən 3 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub.
Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişikliyə yol verən, nəqliyyat vasiəsini dövlət qeydiyyat nişanı olmadan idarə edən və digər kobud qayda pozuntularına yol verən sürücülər də saxlanılıblar.
Qeyd edək ki, bu ilin əvvəlindən Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə edən 67, nəqliyyat vasitəsini narkotik maddələrin təsiri altında idarə edən 27 sürücü aşkar olunub.
Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














