Azərbaycan və Avstriya vahid logistik məhsul təqdim edəcək

Azərbaycanın “ADY Konteyner” və Avstriyanın “Rail Cargo Group” şirkətləri malları Çin/Mərkəzi Asiya-Avropa istiqamətində və əks istiqamətdə daşınması üçün vahid logistik məhsul təqdim edəcək.
Avtosfer.az xəbər verir ki, bunu “Railfreight” portalına müsahibəsində “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov deyib. Onun sözlərinə görə, “ADY Konteyner” və “Rail Cargo Group”arasında imzalanan memorandum çərçivəsində, “ADY Konteyner” Avropadan Mərkəzi Asiya və Çin sərhədlərinə qədər yük daşıyacaq: "Yüklər “TITR” konsorsiyumu adından Bakı-Tbilisi-Qars dəmir yolu ilə Bolqarıstan-Türkiyə sərhəd-keçid məntəqəsi olan Kapıkuledən, həmçinin Rumıniyanın Konstansa limanından Gürcüstanın Poti və Batumi limanları vasitəsilə daşınacaq. Almaniyanın “Metrans" və Polşanın "TE Bahnoperator" ilə əməkdaşlıq çərçivəsində, biz, Bakı-Tbilisi-Qars xətti və Konstanta-Poti/Batumi istiqamətində yükdaşımaları həyata keçirəcəyik". N. Cəfərov bildirib ki, "Metrans"ın təmin etdiyi vaqon platformaları, Avropadan Qars stansiyasına qədər hərəkət edərək Avropa ilə fasiləsiz əlaqəni təmin edəcək: "TE Bahnoperator" ilə birliktə Çin-Avropa istiqamətinə fokuslanacağıq. Biz, bu şirkətlə sınaq qatarının Çinin Kaşkar əyalətindən Qırğızıstan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçməklə yeni marşrutla Avropaya hərəkətini müzakirə etdik”.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












