Azərbaycan və Qazaxıstan dəmir yolları arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanın nəqliyyat, logistika və tranzit potensialını, eləcə də dəmir yolları şəbəkəsinin genişləndirilməsi və yenidənqurulması istiqamətində görülən işlərlə bağlı təqdimat edilib. Qonaqlar dəmir yollarının müxtəlif sahələrində aparılan irimiqyaslı layihələri əks etdirən videoçarxla tanış olublar.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkənin polad magistralında həyata keçirilən islahatlar, Qarabağda başlanılan quruculuq işləri çərçivəsində bərpa edilən dəmir yolu xətləri haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan geosiyasi mövqeyindən istifadə edərək, əsas nəqliyyat “hab”ına çevrilir.
Nümayəndə heyətinin rəhbəri, Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini, Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxan Azərbaycana səfərləri çərçivəsində müxtəlif mövzularda müzakirələrdə iştirak etdiklərini bildirib. Qonaq Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun gələcək inkişafı, bu dəhliz vasitəsilə daşımaların optimallaşdırılması, multimodal daşımaların çevik və sürətli həyat keçirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə və Avropaya, həmçinin əks istiqamətdə yüklərin çatdırılma müddətini və məsafəsini qısaltmağa imkan verir.
“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev hər iki ölkənin nəqliyyat-tranzit imkanları, eləcə də dəmir yolları ilə yükdaşımaların müsbət dinamikasına diqqət çəkib.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yeni tranzit imkanlarına yol açır. Qazaxıstan bütün sahələrdə olduğu kimi nəqliyyat sektorunda da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Görüş iştirakçıları beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi və həmin dəhlizlər üzrə daşımaların həcminin, tranzit potensialının artırılması istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparıblar. Görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri müxtəlif mövzular ətrafında müzakirələr ediblər.


Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












