Azərbaycanda 30 yaşlı kişinin öldürülməsinin ŞOK SƏBƏBİ - VİDEO

Gecə bakıda ağır cinayət olub. 23 yaşlı gənc evinin qarşısında özündən 7 yaş böyük kişini döyüb. Xəsarət alan 30 yaşlı Sabirabad sakini xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Tərəflər arasında hadisəyə səbəb nə olub?
Səsə-küçəyə çıxan gəncin ''evimin qarşısında yüksəsk tonda danışmayın deməsi'' davaya səbəb olub. Əlbəyaxa dava ölümlə nəticələnib. Ağır cinayət gecə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Rayon prokurorluğundan verilən məlumata görə, saat 2-radələrində 30 yaşlı Eynulla İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, 23 yaşlı Yəhya Quliyev aralarında baş vermiş mübahisə zamanı 24 yaşlı Zamiq Həşimli və 30 yaşlı Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib. Nəticədə Eynulla İbadov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı Yəhya Quliyev saxlanıb. Yaxınlarının sözlərinə görə, Yəhya gecə saatlarında evdən səs-küy eşidərək küçəyə çıxıb. Qohumu Elvin Sultanov iddia edir ki, həmin şəxslər beş nəfər olub. Onlar Yəhya Quliyevlə əvvəlcə mübahisə, daha sonra isə əlbəyaxa dava ediblər. Hadisəni törətməkdə şübhəli bilinən Yəhya Quliyevin yaxınları deyir ki, o qazidir. 44 günlük vətən müharibəsində Cəbrayıl, Zəngilan və Qubadlının azad edilməsində iştrak edib. Qubadlının azad edilməsi medalı ilə təltif olunub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda ''qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda'' maddəsi ilə cinayət işi başlanıb.
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB











