Azərbaycanda dövlət qoruğunun ərazisində yanğın olub
Hadisə
21 Fevral 2022 09:30

Qax rayonunun dağ-meşə ərazisində ərazində yanğın başlayıb.
Avtosfer.az xəbər verir ki, yanğın Qax rayonu Qum kəndi ərazisinə təqribən üç kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verib. Əraziyə İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Mühafizəsinin əməkdaşları, Qum və Çinarlı kənd sakinləri, Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 50 nəfərlik şəxsi heyəti cəlb olunub. Ümumilikdə 100 nəfər yanğının söndürülməsi istiqamətində işlər aparıb və yanğın iki saatdan sonra lokallaşdırılıb. Hazırda yanğının daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür. İlkin məlumatlara görə, yanğın nəticəsində qoruq ərazisində təqribən üç hektar ərazidə quru ağaclar yanıb.
Oxunub : 2404
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 13:04
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
15 Noyabr 2026 09:13
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
14 Noyabr 2026 23:00
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
13 Noyabr 2026 22:29
Sumqayıtda zavodda qanlı hadisə
13 Noyabr 2026 21:59
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
13 Noyabr 2026 17:48
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
13 Noyabr 2026 15:44
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
13 Noyabr 2026 15:18
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
13 Noyabr 2026 13:30
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
13 Noyabr 2026 11:11
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
13 Noyabr 2026 10:23
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
13 Noyabr 2026 09:36
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
ŞƏRH YAZ












