Azərbaycanda faciə: Ər-arvad evdə yanaraq öldü

Salyan rayonunda evdə faciəvi yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, rayonun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












