Azərbaycanda gecə saatlarında dəhşət: Ərlə arvadın yanmış meyiti tapıldı - VİDEO

Salyanda fərdi evdə dəhşətli yanğın olub. Yanğın qısa zamanda genişlənərək qonşuluqdakı evə də keçib. Hadisə nəticəsində yanğının başladığı evin sahibləri ölüblər.
Hadisə Salyan rayonun Aşağı Kürkəndi kəndində qeydə alınıb. Kənd sakini, 69 yaşlı Əliyar Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Salyan Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Əhatə dairəsi genişlənən yanğın qonşuluqdakı Şahin Hüseynovun da evinə keçib. Hər iki yanğın söndürülüb. Buna baxmayaraq hər iki ev yanaraq yararsız hala düşüb. Yanğın yerinə keçirilən baxış zamanı ev sahibi, 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının meyiti aşkar olunub. Qeyd edək ki, Əliyar Əliyev Salyan rayon Suvarma Sistemləri idarəsində baş mühasib işləyirdi.5-6 il bundan öncə ölən ər və arvadın evinə basqın olmuşdu. Naməlum şəxs və şəxslər tərəfindən döyülən ər və arvad xəstəxanaya yerləşdirilmişdi.Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırma aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












