Azərbaycanda inanılmaz hadisə – Yolda yanan TIR-ı oğurlayıb satdılar

Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qəzaya uğrayaraq yanan “Scania” markalı TIR-ın oğurlandığı məlum olub.
Avtosfer.az xəbər verir ki, Gürcüstana məxsus olan TIR qəzaya uğradıqdan bir qədər sonra naməlum şəkildə yoxa çıxıb. Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini olan 1978-ci il təvəllüdlü Vüqar Məmmədov yol kənarında yanmış halda qalmış TIR-ı oğurlayaraq aparıb. O, daha sonra Gəncədə “Musayevin qarajı” adlanan ərazidə işləyən Sadiq adlı tanışına həmin TIR-ı metal qırıntısı kimi 3 min manata satıb.
Bir müddət sonra gürcüstanlı sürücü və çalışdığı şirkət TIR-ın ardınca Azərbaycana gəlib və nəqliyyat vasitəsinin qalıqlarını qoyduqları yerdə tapa bilməyib. Onlar konsulluq vasitəsilə polisə şikayət ediblər.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq) maddəsi ilə cinayət işi açılıb. Vüqar Məmmədov polis tərəfindən saxlanılıb.
Şəmkir rayon Məhkəməsinin 14.05.2024-cü il tarixli hökmü ilə Vüqara 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib və cəzaçəkmə müəssisəsinə göndərilib.
(media.news)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












