Azərbaycanda kişi saxta sürücülük vəsiqəsini verib əslini aldı

Azərbaycanda sürücülük vəsiqəsi əldə etmək üçün saxta sənəd təqdim edən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, , 58 yaşlı Gürcüstan vətəndaşı Şamil Cəlilov (ad və soyad şərti) həmin ölkənin Rustavi şəhərində pul müqabilində saxta sürücülük vəsiqəsi alıb. Onun 2022-ci ilin avqust ayında "Dato" adlı şəxsdən aldığı "C" kateqoriyalı vəsiqəsi Türkiyə Respublikasına aid olub. Blankları mətbəə çap üsulu ilə deyil, printerlə hazırlanıb.
Ş.Cəlilov bir ay sonra, sentyabrda Azərbaycana məxsus orijinal sürücülük vəsiqəsi əldə etmək üçün Sumqayıtda yerləşən 2 saylı "ASAN xidmət" Mərkəzinə gəlib. Müvafiq şöbəyə yaxınlaşaraq, həmin saxta vəsiqəni təqdim edib. Nəticədə əsl vəsiqəni ala bilib.
Hətta o, aldığı əsl vəsiqənin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin saxta sürücülük vəsiqəsi ilə yenidən eyni "ASAN Xidmət" Mərkəzinin müvafiq şöbəsinə üz tutub. Və bu dəfə də istəyinə nail olaraq, orijinal Azərbaycan sürücülük vəsiqəsinin etibarlılıq müddətini artıra bilib.
Onun barəsində Cinayət Məcəlləsinin 320.2-ci (saxta sənədlərdən istifadə etmə) maddəsilə cinayət işi açılıb və başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Hazırda Sumqayıt Şəhər Məhkəməsində istintaq davam edir.
(lent.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












