Azərbaycanda məşhur falçının dəbdəbəli evi yandı - VİDEO

Astarada ev yanıb. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, rayonun Şuvi kəndində ümumi sahəsi 576 m² (mansardası və hər mərtəbəsi 192 m²) olan ikimərtəbəli mansarda tipli 6 otaqlı evin yanar konstruksiyaları 384 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
***
APA-nın məlumatına görə, yanan ev 39 yaşlı Şaban Məmmədsəfa oğlu Məmmədova məxsus olub. 3 mərtəbəli, 9 otaqlı ev içindəki əşyalarla birgə tamamilə yanıb. Hadisə zamanı evdə qonaqlarla birgə 15 nəfər olub. Hadisədən əvvəl elektrik sayğacının açarı avtomatik olaraq sıradan çıxıb və elektrik naqillərində qısaqapanma baş verib. Yanğın mansarddan başlayaraq sürətlə yayılıb. Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin Astara Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Küləkli hava şəraitinə baxmayaraq, yanğınsöndürənlərin səyləri nəticəsində yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, evi yanan şəxs məşhur falçı kimi tanınan mərhum Məmmədsəfa Məmmədovun oğludur.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












