Azərbaycanda müəllim qohumunu öldürüb, sonra yandırdı

Azərbaycanda 8 ay əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.
Belə ki, Hüseynov Elnur Rasim oğlu Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilib. Onun 2021-ci il aprelin 14-də Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri tədbirlər nəticəsində müəyyən edilib ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanın tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb hadisənin izini itirmək qərarına gəlib. Bu niyyətini həyata keçirmək üçün 2021-ci ilin aprel ayının 14-də Səidə Hüseynovanın yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürüb, sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirib. Daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb.
Elnur Hüseynova 15 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə Yevlax Rayon Prokurorluğunda ittiham elan edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Elnur Hüseynov oğurluğa görə tutulmuş fizika müəllimidir.
Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ
Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi
“Toyota”nın keçmiş direktoru vəfat etdi
Uçuşda 24 nəfər yaralanmışdı - Pilot marixuana çəkibmiş - VİDEO
Rusiyada şarjda olan avtomobil alışıb yandı - VİDEO
Süni intellekt mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Maşınla vurulan piyada xəstəxanada öldü - FOTO
Düzgün yüklənməyən yük maşını dik yoxuşda aşdı – VİDEO
Qadın sürücü saxta polis avtomobilində tutuldu
Tiktoker "Bəniz"in həyat yoldaşının cəsədi tapıldı - Türkiyədə










