Azərbaycanda qəribə OLAY: Hamilə qadın təcili yardım avtomobilində doğuş etdi - FOTO

İsmayıllı rayon Zərnəva kənd sakinləri doğuş üçün yaxınlarını gecə saatlarında şəxsi avtomobil vasitəsilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına apararkən yağıntılı - əlverişsiz hava şəraiti səbəbindən avtomobil yol keçilməz olduğuna görə təcili tibbi yardım stansiyasına çağırış veriblər.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Çağırışa uyğun olaraq təcili tibbi yardım briqadası rayon mərkəzindən 21 kilometr uzaqlıqda yerləşən əraziyə yollanıb. Hamilə qadın Zərnava körpüsü üzərindən piyada keçirilərək, təcili yardım briqadasına təhvil verilib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar təcili tibbi yardım briqadası doğuş prosesini elə yolda, təcili tibbi yardım avtomobilində gerçəkləşdirib.
Həkim-ginekoloq Afaq Mirzəyeva və mama İlhamə Adıgözəlovanın iştirakı ilə gecə saat 01:30-da doğuş prosesi yekunlaşıb və bir oğlan uşağı dünyaya gəlib.
Tibbi briqadadan verilən məlumata görə, gecə saatlarında əlverişsiz hava şəraiti səbəbindən avtomobillə hər iki tərəfə keçid mümkünsüz olub.
Həkim-ginekoloq Afaq Mirzəyevanın sözlərinə görə, həmin kənd körpüdən 9 kilometr aralıda yerləşir:
“Hamilə qadını körpüyə kimi özləri şəxsi avtomobilləri vasitəsilə gətiriblər. Kənddən körpüyədək 9 km onlar gəliblər, xəstəxanadan körpüyə kimi isə bizim təcili tibbi yardım avtomobili gəlib. Təsəvvür edin ki, yaxınları hamilə qadını o cür yağışlı havada körpüdən piyada çətinliklə keçirdilər və bizə təhvil verdilər. Çox çətin bir vəziyyət idi, artıq uşağın doğuş prosesi gecikirdi və riskləri nəzərə alaraq doğuşu təcili yardım avtomobilində gerçəkləşdirdik”.
Xəstəxanaya çatdırılan ana və körpəni Ginekologiya və doğum şöbəsinin tibbi heyəti müayinə edib. Hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












