Azərbaycanda universitet prorektoru kazinoda külli məbləğdə pul uduzub? - AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması və universitetə prorektor təyin olunması ilə bağlı məlumatlar var. Bakı Avrasiya Universitetinin Mətbuat Xidməti Şəfayət Avılbəyli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar yalandır:
“Bu məlumatların heç birinin əsası yoxdur. Gürkan Hüseynov 2012-ci ildən Bakı Avrasiya Universitetində ümumi işlər üzrə prorektordur. O, Gürcüstanda olmayıb. Onun nənəsi ötən günlərdə əməliyyat olunub. Dünən bütün günü Nazim bəy də, Gürkan bəy də orada olublar. Yayılan məlumatlar təxribat xarakterlidir. Dəqiqləşdirmə aparmadan, mövqe almadan işıqlandırıblar. Qeyri-peşəkarlıq nümunəsidir. Sizə xüsusi təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, Bakı Avrasiya Universitetinin rektorunun oğlu Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu barədə xəbərlər yayılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












