Azərbaycandan qaçdığı düşünülən manyak gizli şəkildə çobanlıq edirmiş

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. Publika.az-ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlər etməsi barədə hüquq-mühafizə orqanlarına müraciət daxil olub. Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri-yetkinlik yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə cinayət işi açılıb.
Məlum olub ki, barəsində cinayət işi açılmış şəxs məsuliyyətdən yayınmaq üçün Türkiyəyə gedib. Ötən il isə Turanın Türkiyədən qayıtması və ailəsinin yaşadığı kənddə deyil, Babək rayonun Nehrəm kəndində tanışının fermasında fəhlə işlədiyi məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən dərhal əməliyyat həyata keçirilib və o, həbs edilib.
Barəsindəki cinayət işi Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilən Turan Yusifov məhkəmənin ötən həftə çıxardığı hökmlə 12 il müddətinə həbs cəzasına məhkum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












