Azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük həbs edildi

Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirilmiş şəxs ömürlük azadlıqdan məhrum edilib. APA xəbər verir ki, məlumatı Gürcüstanın Baş Prokurorluğu yayıb.
Bildirilib ki, Tbilisi Şəhər Məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları tam qəbul edib və təqsirləndirilən şəxsi “Lilo Mall” ticarət mərkəzi ərazisində baş vermiş qəsdən adam öldürmədə faktı üzrə təqsirli bilib.
Qeyd olunub ki, məhkum dostu vasitəsilə qətlə görə odlu silah və pul qəbul edib. O, 2023-cü il avqustun 3-də sifarişi yerinə yetirmək üçün “Lilo Mall”a gəlib və zərərçəkmişi başından iki güllə ilə vuraraq hadisə yerindən qaçıb. İş adamı aldığı yaralardan avqustun 17-də dünyasını dəyişib. İş üzrə daha iki nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan biri sifarişlə qəsdən adam öldürmədə, digəri isə cinayətə yardım etməkdə ittiham edilirlər. Hər iki işə Tbilisi Şəhər Məhkəməsində baxıldığı qeyd olunub.
Xatırladaq ki, 2023-cü il avqustun 3-də baş vermiş silahlı hücum nəticəsində etnik azərbaycanlı iş adamı Roman İsayev qətlə yetirlib. Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu başından yaralayıb və hadisə yerindən qaçıb.
Qətl anı ətrafdakı kameralara düşüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












