Azərbaycanlı sevgilisini qətlə yetirən amerikalıya 40 il həbs cəzası verildi

ABŞ-da 40 yaşlı Erik Eqlstoun Minnesota ştatı Robbinsdeyl şəhərində azərbaycanlı sevgilisini qətlə yetirdiyinə görə 40 il həbs cəzasına məhkum olunub.
Amerika KİV-lərinin məlumatına görə, qətl 2020-ci ilin sonlarında törədilib. Erik Eqlstoun 29 yaşlı Nigar (Nika) Məmmədzadə ilə birlikdə yaşadığı müddətdə bir qızları da dünyaya gəlib. Lakin onların münasibəti korlandıqdan sonra Nigar anasının yanına köçüb. 12 noyabr 2020-ci il tarixində Nigarın anası işdən qayıtdıqda qızını güllələnmiş halda tapıb. Dərhal polis çağıran qadın cinayəti Eqlstounun törətdiyindən şübhələndiyini bildirib. Nigarın anası öz ifadəsində qeyd edib ki, qızının birlikdə yaşadığı insan keçən axşam onların evində olub və Nigarın başqa insanla münasibət qurmaq planlarına şiddətli şəkildə qısqanclığını ifadə edib. Eqlstoun həmin gün axşam saat 9 radələrində dostunun evinin yanında tapılıb. O, özünə də bıçaqla zərbələr endirib və intihar etmək istəyib. Yaralı yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Polis Eqlstounun avtomobilində axtarış apararkən Nigarın öldürüldüyü ov tüfəngini aşkar edib. Həmin avtomobilin Nigar Məmmədzadə tərəfindən avtosalonda kirayəyə götürüldüyü aydın olub. Minnesota ştatının ədliyyə sisteminin hökm qaydaları prinsiplərinə əsasən, bu qəbildən olan qətllər üçün maksimum cəza 306 ay təşkil edir. Lakin rayon prokurorluğunun açıqlamasına görə, ağırlaşdırıcı hallar bu cəzanın daha sərt olmasına səbəb olub. Nigar Məmmədzadə universiteti Bakıda bitirib, yapon dili ixtisası üzrə magistr dərəcəsi alıb və altı dildə sərbəst danışırdı. Həmkarları məhkəmədəki ifadələrində xoşbəxtlik üçün ABŞ-a getmiş, lakin faciəli ölümlə üzləşmiş N.Məmmədzadənin mehribanlığını, məsuliyyətli və həyat dolu olmağını xüsusi vurğulayıblar.
Mənbə: StarTribune
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib, yolda avtomobilə hücum edən 3 nəfərə həbs qərarı
Binanın fasadı uçdu, avtomobillər altında qaldı - Bakıda dəhşət yaşandı - VİDEO
Bakıda sürücünün zərərsizləşdirildiyi an - VİDEO
Bakıda ŞOK cinayət - Basqın edildi - FOTO - VİDEO
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - FOTO
Polis əməliyyat keçirdi; onlayn qumar və kazino oyunları ifşa edildi - VİDEO
Keçiddə dayanıb taksi gözləyən yaşlı kişi sürücünü çaşdırdı - VİDEO
Başı söhbətə qarışan valideynlər uşağı ölüm təhlükəsi ilə üz-üzə qoydu - VİDEO
Azərbaycanda yaşlı şəxs yaponiyalı turistə qarşı qeyri-etik hərəkət etdi - VİDEO
Çörək daşıyan yük avtomobili yanıb - FOTO










