Azərbaycanlı sürücü Rusiyada bədbəxt hadisə nəticəsində ölüb - FOTO

Azərbaycandan Ukraynaya məhsul aparan sürücü yolda bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə yanvarın 4-də qonşu Rusiya dövləti ərazisində baş verib.
APA-nın məlumatına görə, Balakən rayonu Tülü kənd sakini Əfqan Akqubayev idarə etdiyi iritonnajlı yük maşını ilə qonşu Rusiyanın Volqoqrad vilayəti yaxınlığında hərəkətdə olarkən maşında nasazlıq yaranıb.
Maşında baş verən nasazlığı aradan qaldırmaq məqsədi ilə təmir işləri aparan zaman baş verən bədbəxt hadisə nəticəsində Ə.Akqubayev ağır xəsarətlər alır.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda Ə.Akqubayevin nəşinin Dağıstan ərazisindən Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, Ə.Akqubayev keçən il dekabrın 30-da Balakən rayonundan Ukraynaya xurma aparmaq məqsədilə iritonnajlı yük maşını ilə yola çıxıb.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












