"Azərişıq"ın əməkdaşı faciəli şəkildə öldü

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı vəzifə başında ölüb.
Hadisə ilə bağlı Avtosfer.az-a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 23-də rayonun Bayramlı kəndində Bəhman Abbasovun iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, “Azərişıq”ın Qərb RETSİ-nin Şəmkir Elektrik Şəbəkəsinin Zəyəm sahəsinin ustası vəzifəsində işləyən Bəhman Abbasov xidməti ərazisində yerləşən əkin sahəsində olan işıq dirəyinin yuxarı hissəsində elektrik naqillərini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












