Bakı metrosunda problem yarandı: Siqnal işə düşdü, maşinist qatarı SAXLADI

Bakı metrosunda qatarların hərəkətində yubanma olub. Bu barədə Avtosfer.az-a “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir. Bildirilib ki, Yaşıl xətt üzrə “28 May-Nizami” mənzili boyunca hərəkət edən qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı işə düşüb, bu səbəbdən maşinist qatarı saxlayaraq, idarəetmə panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış keçirib: “Hər hansısa problem olmadığını müəyyən etdikdən sonra yenidən yoluna davam edib. Bunun nəticəsində iki qatar arası intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub. Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq”, - QSC-dən bildirilib. Qeyd edilib ki, vaqonun qapısına sərnişinin müdaxilə etməyə cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşüb. Bununla bağlı müvafiq qaydada texniki araşdırma aparılmasına başlanılıb.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












