Bakıda 18 bağ evindən oğurluq edilib - FOTO

Binəqədi rayonu Goradil bağlar massivində yerləşən evlərdən birindən oğurluq edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Zərərçəkmiş Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zərdab rayonn sakini Asif Ağayev saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman Asif Ağayevin paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 18 həyət evindən müxtəlif vaxtlarda məişət əşyaları, təmir-tikinti alətləri, su nasosları və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib. Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












