Bakıda avtobus sürücüsünün özbaşınalığı - yaşlı sərnişini qolundan tutaraq onu zorla... - VİDEO

Sürücü yaşlı sərnişinə avtobusdan enməyi tələb edir. Sonra isə qolundan tutaraq onu zorla nəqliyyat vasitəsindən kənarlaşdırır.
Görüntülər paytaxtda, BakuBUS MMC-yə məxsus avtobusların birində çəkilib. Şahidlərin xəbər ertəsinin votsap nömrəsinə yazdıqlarına görə, sərnişin nəqliyyat vasitəsinin arxa qapısından minərək ödəniş etmədiyi üçün sürücü onu avtobusdan düşməyə məcbur edib. Bu zaman digər sərnişinlər həmin şəxsin əvəzindən ödəniş etsə də, sürücünü fikrindən yayındırmaq mümkün olmayıb.
“Bakubus MMC”-dən xəbər ertəsinə bildirildi ki, həmin şəxs avtobusa minərkən həm sərxoş, həm də geyimi çirkli və qoxulu olub. Bundan əlavə O, tələb olunan gediş haqqını da ödəməyib. Sürücü də məhz buna görə sərnişininəqliyyat vasitəsindən endirmək məcburiyyətində qalıb.
Hüquşünas Şamil Paşayev deyir ki, sərnişinlərin sərxoş halda ümumi istifadə də olan nəqliyyat vasitəsindən istifadə etmələri yolverilməzdir. Eyni zamanda sürücü gediş haqqını ödəmədiyi təqdirdə sərnişini avtobusdan kənarlaşdıra da bilər. Ancaq burada etik davranış qaydaları mütləq qorunmalıdır.
Beləliklə, qanun sürücünün hərəkətlərinə haqq qazandırır. Bəs vətəndaşlar?
Qeyd edək ki, hadisə şahidləri sərnişinin həm də eşitmə qabiliyyətini itirdiyini bildirirlər.
Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ
Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi
“Toyota”nın keçmiş direktoru vəfat etdi
Uçuşda 24 nəfər yaralanmışdı - Pilot marixuana çəkibmiş - VİDEO
Rusiyada şarjda olan avtomobil alışıb yandı - VİDEO
Süni intellekt mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Maşınla vurulan piyada xəstəxanada öldü - FOTO
Düzgün yüklənməyən yük maşını dik yoxuşda aşdı – VİDEO
Qadın sürücü saxta polis avtomobilində tutuldu
Tiktoker "Bəniz"in həyat yoldaşının cəsədi tapıldı - Türkiyədə










