Bakıda avtobusda cibgirlik edən şəxs saxlanıldı

Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbə sakini A.Cabbarovanın 170 manat pulunun, şəxsiyyət vəsiqəsi və bank kartının çantasından oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Manafov müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisində marşrut avtobuslarında daha bir qadının və bir kişinin ciblərindən pul, bank kartları və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












