Bakıda avtomobil təmiri sexində yanğın söndürülüb - FOTO - YENİLƏNİB

“Bu gün saat 19.10 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal ərazi üzrə Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin bölmələri və Bakı Qarnizonunun digər qüvvələri hadisə yerinə cəlb edilib. İlk yanğın bölməsi məlumat daxil olan andan 8 dəqiqə sonra hadisə yerinə çatıb.”
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov APA-nın hadisə yerində olan müxbirinə açıqlamasında bildirib.
Zaqatalada narkotik istifadə edən taksi sürücüsü və sərnişin saxlanılıb - VİDEO
Prokurorluq arvadı və baldızını bıçaqlayan şəxslə bağlı hökmdən protest verib
Bakıda ofisdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Ə.Novruzov qeyd edib ki, yanğın nəticəsində “Daş-qum bazarı” adlanan ərazidə ümumi sahəsi, təxminən 750 kvadrat metr olan avtomobil şinlərinin təmiri sexi, eyni zamanda metal qəbulu məntəqəsi, 500 kvadrat metr sahədə yeməkxana kimi fəaliyyət göstərən obyekt və bir ədəd “Ford Tranzit” markalı yük avtomobili yanıb: “Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının söndürülməsinə 11 ədəd yanğınsöndürmə texnikası və 60 nəfərə yaxın canlı qüvvə cəlb edilib. Yanğın iki saat ərzində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır”.
***
21.32
Xəbərə hadisə yerindən fotolar əlavə olunub.
***
20.02
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ














