Bakıda ayıq sürücü müştərinin "Land Rover"dən oğurluq etdi

Bakıda ayıq sürücü müştərinin "Land Rover RR Sport" markalı avtomobildən oğurluq edib.
Qaynarinfo-nun məlumatına görə, hadisə ilk dəfə Xətai rayonu, Sabit Orucov 1188 ünvanında yerləşən "Şır-Şır" restoranın qarşısında baş verib.
Belə ki, 1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş Cavid Nərimanov (ad-soyad şərti) 15 oktyabr 2023-cü il tarixində, saat 00:32 radələrində sözügedən restorana içkili müştərinin avtomobilini idarə edilməsi üçün çağrılıb.
"Land Rover RR Sport" markalı avtomobillə üç nəfər müştərini Səbail rayonu, Badamdar qəsəbəsinə aparıb. Yolda avtomobilin sahibinin içkili olduğunu bilən Cavid Nərimanov pul qabına əlini ataraq bir ovuc pulu götürüb. Müştəriləri düşürdükdən sonra pulu cibinə qoyub və dərhal yaşadığı ünvana gedib. Evində bilib ki, müşətəridən 650 manat pul oğurlayıb.
Polis tərəfindən saxlanılan ayıq sürücü barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Şikayətçi də onu bağışladığını bildirib.
Məhkəmənin qərarı ilə Cavid Nərimanov Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və 480 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












