Bakıda DƏHŞƏT: Ata azyaşlı övladına işgəncə verib, arvadını qaynar su ilə yandırıb

Paytaxtın Xəzər rayonu sakini 2017-ci il təvəllüdlü azyaşlının atası tərəfindən döyülməsi və ona əzab verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Xəzər Rayon Prokurorluğunda araşdırma aparılıb.
Avtosfer.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib. O bildirib ki, dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib: “Aparılmış araşdırmalarla müəyyən olunub ki, atası azyaşlını döyməklə və sair zorakı hərəkətlərlə ona güclü fiziki ağrı və psixi iztirablar verib. Azyaşlının sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib. Bundan başqa, araşdırmalarla müəyyən olunub ki, azyaşlının on altı yaşına çatmayan 2006-cı il təvəllüdlü bacısı isə qanunsuz olaraq nikaha daxil olub. Həmçinin, rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən edilib ki, 2021-ci ilin dekabr ayının sonlarında əri tərəfindən uşaqların anasının üzərinə qaynar su tökülərək qəsdən sağlamlığına az ağır dərəcəli hesab olunan xəsarət yetirilib”. K.Zeynalov qeyd edib ki, həmin faktlarla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib: “İş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən şahid dairəsinin müəyyənləşdirilməklə dindirilməsi həyata keçirilib. Uşaqların pozulmuş hüquqlarının bərpası ilə bağlı Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin görülməsi təmin ediləcək”.
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB











