Bakıda dəhşət - Qayınata gəlinini narahat edən şəxsi "BMW" ilə əzib öldürdü

Hadisə 6 İyul 2026 09:39
Bakıda dəhşət - Qayınata gəlinini narahat edən şəxsi "BMW" ilə əzib öldürdü
WhatsApp kanalımıza abunə olun

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi "BMW" markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.

Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.

Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.

Faktla bağlı araşdırma aparılır./teleqraf

 

Oxunub : 244
ŞƏRH YAZ
Ad

E-mail

Şərh