Bilgəh çimərliyindən ŞİKAYƏT: Vətəndaşlardan 10 AZN tələb olunur - VİDEO

Hadisə 6 İyul 2026 10:48
Bilgəh çimərliyindən ŞİKAYƏT:  Vətəndaşlardan 10 AZN tələb olunur - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki ictimai çimərlikdə vətəndaşlardan ödəniş tələb edilir.

Avtosfer.az xəbər verir ki. bu barədə Baku.ws-in “qaynar xətti”nə şikayət daxil olub.

Vətəndaş bildirir ki, Bilgəh çimərliyinin vətəndaşlar üçün ödənişsiz olan hissəsinə pulla daxil olma sistemi yaradıblar.

Bura avtomobili ilə istirahətə gələn hər kəsdən 10 AZN tələb olunur.

Şikayətçi illərdir bu çimərliyin ödənişsiz olduğunu, lakin son zamanlar ödəniş tələb edildiyini bildirib.

Sözügedən görüntüləri təqdim edirik:
 

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh