Bu yolayrıcında diqqətli olun!: Yüzlərlə sürücü cərimələnir - ŞİKAYƏT - VİDEO

Bakıda svetoforların iş rejimində edilən dəyişiklik sürücülərin cərimələnməsinə səbəb olur. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Tbilisi prospektindən gedir.
Sürücülərdən biri redaksiyamızın qaynar xəttinə göndərdiyi videoda bildirib ki, əvvəllər Şəfaət Mehdiyev küçəsi ilə kəsişmənin hər iki tərəfində quraşdırılmış svetoforlar eyni vaxtda işləyirdi. Lakin son təmir işlərindən sonra onların iş rejimi dəyişdirilib. Belə ki, birinci svetoforda yaşıl işıq yandığı zaman, ikinci svetoforda qırmızı işıq yanır.
Sürücülər bu dəyişikliyə öyrəşmədikləri üçün hərəkəti davam etdirərək qırmızı işıqda keçirlər. Nəticədə isə kütləvi şəkildə cərimələnirlər.
Sürücülər eyni yolayrcında svetoforun fərqli rejimdə işləməsinin heç bir məntiqi əsası olmadığını və bunun nöqsan olduğunu bildirirlər.
Bundan başqa, ilk svetoforun sağ zolaq üçün təkrarı quraşdırılmadığından, həmin zolaqda hərəkət edən sürücülər svetoforun siqnallarını aydın görə bilmirlər.
Ümid edirik ki, qeyd olunan problemlər aidiyyəti qurumlar tərəfindən qısa müddətdə aradan qaldırılacaq və sürücülərin təhlükəsiz hərəkəti təmin olunacaq.
Fərid
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












