Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər - VƏZİYYƏTİ AĞIRDIR

Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər.
Avtosfer.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində qeydə alınıb.
Belə ki, 2013-cü il təvəllüdlü Ə.M (ad, soyad şərtidir) bu gün axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücum edib. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova sorğuya cavab olaraq bildirib ki, Ə.M saat 19:30 radələrində təcili tibbi yardım vasitəsilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və kəllə-beyin travması alıb:
“Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub”.
(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












