Bakıda ərini öldürən qadınla bağlı apellyasiya şikayəti verilib

Bakıda ərini öldürməkdə təqsirləndirilən Sevda Babayevanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Avtosfer.az-ın xəbərinə görə, zərərçəkmişin hüquqi varisi birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazı olduğu üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin ilkin baxış iclası fevralın 24-nə təyin edilib. Şikayət hakim Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq. Xatırladaq ki, hadisə 2021-ci il aprelin 21-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, Babayeva Sevda Rasim qızı həyat yoldaşı Əskərzadə Elvin Pənah oğlunu şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla qətlə yetirib. Daha son S.Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Babayevanın barəsində irəli sürülən CM-nin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi CM-in 123-cü (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsinə tövsif olunub. Qadına bu maddə ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hökmdə qeyd edilib ki, S.Babayevaya Amnistiya Aktı şamil olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












