Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Bakıda qadını intim görüntüləri ilə şantaj edən, eləcə də 2 nəfərə qarşı dələduzluq əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Mirzə Osmanova (bütün ad-soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Məhkəmə onun Cinayət Məcəlləsinin 178 və 182.2.2-cü maddələri üzrə təqsirli hesab edilməsinə hökm edib.
Məlum olub ki, Mirzə Sumqayıtda 2 tanışının “iPhone” markalı telefonunu dələduzluq yolu ilə ələ keçirib.
O, həmçinin “TikTok” sosial şəbəkəsində paytaxtın Binəqədi rayonunda yaşayan Mirvari adlı qadınla tanış olub. Mirzə tanış olduğu Mirvari ilə elə bir gün sonra qadının yaşadığı evdə görüşüb. Daha sonra görüşlər mütəmadi xarakter alıb. Həmin vaxt Mirvarinin əri, övladı və qaynı digər otaqda yatmış vəziyyətdə olub. Görüşlər vaxtı kişi onun görüntülərini telefonla lentə alıb.
O, daha sonra görüntüləri yayacağı hədəsi ilə qadını qorxudub. Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazinin yaxınlığında ondan 1080 manat pul, 1 cüt 200 manat dəyərində qızıl sırğa və 1 ədəd 20 manat dəyərində qol saatını alıb. Daha sonra isə hədələyərək kartına 300 manat pul göndərməsinə nail olub. Təhdidlərinə davam edən Mirzə növbəti dəfə 2000 manat istəyib.
Şantajın davamlı olduğunu görən qadın daha sonra bu barədə digər tanışına danışıb. Onlar birlikdə polis şöbəsinə gedərək məlumat veriblər. Polisin keçirdiyi tədbirlərlə Mirzə Osmanov Binəqədi rayonu, “Azadlıq” metrostansiyasının yaxınlığında - görüş yeri təyin edilən ərazidə pulları alarkən tutulub.
Məhkəmənin hökmü ilə 22 yaşlı Mirzəyə 6 il həbs cəzası verilib./qafqazinfo
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO












