Bakıda gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat edib - FOTO

Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.
TƏBİB-dən Avtosfer.az-a bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi. Ayxan Fətullazadənin gecə klubunda ofisiant işlədiyi bildirilir.
Xəbəri Baş Prokurorluq da təsdiqləyib. Prokurorluqdan qeyd edilib ki, bu hadisə ilə bağlı istintaq işi davam edir. Bununla da, gecə klubunda partlayışda ölənlərin sayı dördə çatıb. Qeyd edək ki, aprelin 3-də gecə klubunda partlayış baş verib. Nəticədə 4 nəfər ölüb, 34 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib. Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












