Bakıda həbsdə olan Qukasyan haqda yeni qərar

Qarabağda qondarma separatçı rejimin “prezidenti” olmuş Arkadi Qukasyan haqda seçilmiş həbs qətimkan tədbirinin növbəti dəfə uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müstəntiqin əsaslandırılmış vəsatətinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına Binəqədi Rayon Məhkəməsində baxılıb.
Arkadi Qukasyanın irihəcmli cinayət işi üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi əsas gətirilərək təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbrinin daha bir neçə ay uzadılması istənilib.
Məhkəmə vəsatət və təqdimatı əsaslı hesab edib. Qərara əsasən, A.Qukasyanın həbsdə saxlama müddəti 5 ay uzadılıb.
Bundan başqa, Bakıda həbsdə olan daha bir separatçının həbs müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.
Qeyd edək ki, ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
Sözügedən separatçılar çoxsaylı cinayət əməllərinin törədilməsində ittiham olunurlar.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












