Bakıda hündürmərtəbəli binanın üzlüyü qopdu: 8 avtomobilə ziyan dəydi - VİDEO

Güclü külək Bakıda bir sıra fəsadlar törədib. Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasından qopan üzlük daşı təxminən 15-20 metr kənarda yerləşən xəstəxananın həyətində dayanan maşınların üzərinə düşüb. Zərərçəkmiş sürücülər iddia edirlər ki, hadisə zamanı 8 avtomobil əzilib.
Çoxmərtəbəli yaşayış binasından düşən üzlük daşı bir neçə avtomobili əzib. Hadisə səhər saatlarında paytaxtın Yasamal rayonu Bəsti Bağırova küçəsində baş verib. Elmi-Tədqiqat Pediatriya İnstitutuna xəstə gətirən sürücülər avtomobillərini xəstəxananın həyətində park ediblər. Güclü külək yaxınlıqda olan çoxmərtəbəli binanın üzlük daşını qopararaq təxminən 15-20 metr kənarda olan avtomobillərin üzərinə atıb. Sürücü deyir ki, təxminən ona 1000 manata yaxın zərər dəyib. Qara Cəlilli kimi, Sakit Xanmuradovun da avtomobilinə ziyan dəyib. Bu sürücü də xəstəxanaya uşaq gətirib avtomobilində əyləşib onları gözləyirmiş. Zərərçəkmiş sürücülər bildirdilər ki, hadisə zamanı 8 avtomobilə zərər dəyib. Hadisə ilə bağlı MTK rəhbərliyi ilə əlaqə saxlamaq üçün yaşayış binasının həyətinə getdik. Mühafizəçi bildirdi ki, rəhbər şəxslər yoxdur və bu hadisə ilə bağlı onlara heç bir məlumat verə bilməz. Bundan sonra zərərçəkmiş sürücülər əzilmiş avtomobilləri həmin yaşayış binasının həyətinə girişdə saxlamaqla giriş-çıxışı bağlayıblar. Bina rəhbərliyi bundan sonra həmin şəxslərdən biri ilə əlaqə saxlayaraq, bütün sürücülərə dəymiş zərəri qiymətləndirib yaxın günlərdə ödəyəcəyini bildirib.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO











