Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum oldu: Şübhəli saxlanılıb - FOTO

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun öldürülməsi barədə birgə məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, N.Mehdinin cari ilin may ayının 9-da itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Bildirilib ki, Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
"Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir”, məlumatda deyilir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsilə işi başlanıb.
"Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Skuter sürən məktəbli balaca qızı vuraraq qaçdı - VİDEO
Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO
Azərbaycanda iki kişi axtarışa verildi; qadın alverinə görə - FOTO
Xaçmazda qadından ağlasığmaz əməl: Satıcıya psixoloji təsir etdi - İDDİA - VİDEO
Yağıntı meşə yanğınına səbəb ola bilər
Qoyunlar səhralaşmanın qarşısını belə aldı
Kəsişmədə yaranan problem həll edildi - VİDEO
Sovet Azərbaycanına məxsus helikopterdə SSRİ-də ilk rast gəlinən nasazlıq və 14 ÖLÜ
12 yaşlı qızın qətlində ŞOK DETAL: Polisə ilk xəbəri verən də o imiş - VİDEO
Xəzər dənizində zəlzələ olub
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var - ADLAR - FOTO - VİDEO











