Bakıda kişi keçmiş arvadını güllələyib, sonra özünü öldürdü - YENİLƏNİB + VİDEO

Prokurorluq Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. Sabunçu Rayon Prokurorluğundan Avtosfer.az-a daxil olan məlumatda deyilir: “Aprelin 6-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir”.
***
Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, paytaxt sakini, Rasim Xəlilov özünə məxsus qanuni ov tüfəngi ilə küçədə əvvəl həyat yoldaşı Misri Xəlilovanı güllələyərək qətlə yetirib. Daha sonra o, həmin silahla özünü vuraraq öldürüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












