Bakıda müştəri hesaba görə qadının burnunu sındırıb

Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən "Beer Coin Pub" adlı restoranda dava düşüb. Qaynarinfo-nun məlumatına görə, hadisə ilə bağlı 1992-ci ildə Bakı şəhərində anadan olmuş Rəşad İsmayılov (şərti) saxlanılıb.
Dava zamanı Rəşad "Beer Coin Pub"ın icarədarı Mehriban adlı qadını döyüb. Belə ki, o, Vüsalə adlı tanışı ilə sözügedən restorana gedərək bir neçə bakal pivə və bir energetik içki içib. Mehriban kassada onlardan 76 manat hesab istəyib.
Əvvəlcə Vüsalə bir neçə bakal pivə və bir energetik içkiyə görə 76 manatın çox olduğunu bildirib. Bu zaman Rəşad yumruqla sonuncunun sifət nahiyəsinə vuraraq, burnunu sındırıb.
Rəşad məhkəmədə qadını vurmasını səbəbini belə izah edib: "Hesabı çox istəyirdi..."
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1000 manat cərimə edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












