Bakıda narkokuryerdən 5 kq narkotik götürülüb – FOTO + VİDEO

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Məhəmməd Əliyev saxlanılıb.
Ondan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 300 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. M.Əliyev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Onun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. M.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












