Banner

Qaradağda ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO - VİDEO

Hadisə 8 Oktyabr 2026 12:36
Qaradağda ƏMƏLİYYAT:  Saxlanılanlar var - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Əhmədov və X.Hüseynov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumta görə, onlardan 23 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdikləri və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxunub : 150
ŞƏRH YAZ
Ad

E-mail

Şərh