Tanınmış bankir yarım milyon manat borcu olan BOKT-da direktor təyin olundu

"Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) Mərkəzi Filialının direktoru Emil Bədəlbəyli vəzifəsindən ayrılıb.
O, "İnternational" BOKT ASC-nin Sumqayıt Filialının Direktoru təyin olunub.
E.Bədəlbəyli 2020-2022-ci illərdə Kredit Evi QSC-nin Baş Ofisinin direktoru, 2017-2020-ci illərdə "Azərbaycan Mikro Kredit" Kredit departamentinin direktoru, ondan əvvəl 2015-2017-ci illərdə "Parabok"da Mərdəkan/Nərimanov Filiallarının direktoru vəzifəsində, daha əvvəl 2006-2014-cü illərdə isə "AtaBank"-da çalışıb.
Qeyd edək ki, Emil Bədəlbəylinin direktor təyin olunduğu "International" BOKT 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan BOKT-un yeganə səhmdarı Rifat Həsənovdur, direktoru isə Nicat Həsənovdur. İllik 34-36% faiz dərəcəsi ilə ölkədə ən bahalı kredit verən BOKT-lardan olan "İnternational"ın hazırda dövlət qarşısında vergi borcunun miqdarı 475 min manat təşkil edir./Yurd.Media/

Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO












