Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı YENİ DETALLAR - VİDEO

Ötən gün Bakının Suraxanı rayonunda övladını girov götürərək onu öldürəcəyini bildirən və daha sonra polis tərəfindən zərərsizləşdirilən "Beton Xosrov" ləqəbili Xosrov Əhmədovla bağlı bəzi detallar məlum olub.
Avtosfer.az xəbər verir ki, əvvəllər peşəkar ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olan və bir sıra beynəlxalq yarışlarda iştirak edən Xosrov Əhmədovun 3 qız övlad var imiş. Vurğulanıb ki, hadisə onların gözləri qarşısında baş verib.
Bundan başqa, X. Əhmədov əvvəllər həyat yoldaşını tez-tez döyürmüş.
Ötən gün isə o, 6 yaşlı qızının boğazına bıçaq çəkərək onu öldürəcəyini deyib.
Daha ətraflı Baku TV-nin materialında:
***
Ötən gün Bakının Suraxanı rayonunda azyaşlını girov götürən və daha sonra polis tərəfindən zərərsizləşdirilən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində 76 nömrəli məktəbin yaxınlığında yerləşən binada qeydə alınıb.
Əvvəllər məhkum olunan Xosrov Əhmədov öz azyaşlı övladının boğazına bıçaq dirəyərək onu öldürəcəyini bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları Xosrov Əhmədovu bu əməlindən yayındırmağa çalışıb. Dəfələrlə polisin qanuni tələblərinə və xəbərdarlıqlarına baxmayaraq, X.Əhmədov öz azyaşlı övladını öldürəcəyini bildirib. Polis əməkdaşları azyaşlının həyatını xilas etmək üçün Xosrov Əhmədovu zərərsizləşdirib.
Xosrov Əhmədovun əvvəllər peşəkar idmançı olduğu bildirilib. O, ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olub və bir sıra beynəlxalq yarışlarda iştirak edib.
O, "Beton Xosrov" ləqəbi ilə tanınıb və sosial şəbəkələrdə videogörüntüləri mövcuddur.
X.Əhmədovun bir müddət əvvəl psixoloji problemləri olan əmisinin evini əlindən alaraq, onu küçəyə atdığı da deyilir.
(report)
Sürücüdən sərnişinə qarşı kobud rəftar - "Uşağını çıxarma çölə" - VİDEO
Güclü doluya görə "AF Mall"ın üzlüyü qopub qadının ÜSTÜNƏ DÜŞDÜ - VİDEO
Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən şəxs həbs olundu – VİDEO
Bakıda yağan güclü yağış bəzi küçələrdə problem yaratdı - VİDEO
Xətaidə ağac avtomobilin üzərinə düşdü - VİDEO
Göyçayda 14 il əvvəl törədilmiş qətlin üstü açıldı
Gəncədə aşığın avtomobili yanıb kül oldu - FOTO - VİDEO
Bulvarda qadına qarşı əxlaqsızlıq edən şəxsin VİDEOsu
İtləri yaba ilə döyən şəxs: “Yaxşı edirəm” – VİDEO
“28 May”da binanın üzlüyü maşınların üstünə töküldü - VİDEO
Bakıda divar uçdu, avtomobillər əzildi - VİDEO










