Təbiətin ən nəcib metalı olan qızılın böyük sirri: Niyə paslanmır?

İnsanlıq tarixi boyunca parıltısını və dəyərini heç vaxt itirməyən qızıl minlərlə ildir müxtəlif mədəniyyətlərin ən qiymətli materialları arasında yer alır. Bu davamlı cazibə metalın təbiətdə nadir olması ilə yanaşı, paslanmaya, qaralmağa və korroziyaya qarşı göstərdiyi güclü müqavimətdən qaynaqlanır.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yüz illər əvvəl hazırlanmış qızıl bir əşya bu gün də ilk günkü parlaqlığını qoruyur. Elm dünyası uzun müddət qızılın bu sabitliyini onun unikal kimyəvi quruluşu ilə izah edirdi. Lakin yeni araşdırma qızılın oksidləşmədən qorunmaq üçün öz atom quruluşunu yenidən təşkil etdiyini üzə çıxarıb.
Qızıl estetik və maddi dəyərindən əlavə, mühəndislik və nanohissəcik sahələrində kimyəvi reaksiyaları sürətləndirən katalizator kimi də mühüm rol oynayır. Lakin onun oksidləşməyə qarşı həddindən artıq davamlılığı bəzi kimyəvi və enerji tətbiqlərində istifadəsini məhdudlaşdırır.
Bir çox sənaye reaksiyaları müvəqqəti oksidləşib sonra əvvəlki halına qayıda bilən metallara ehtiyac duyur. Qızılın reaksiyaya girməkdə istəksizliyi isə böyük miqyaslı kimyəvi çevrilmələr üçün vacib olan oksigen kimi molekulların aktivləşdirilməsini çətinləşdirir.
Ətraflı
Tulane Universitetinin tədqiqatçıları atom və elektron davranışlarını proqnozlaşdıran kompüter simulyasiyalarından istifadə edərək oksigen molekullarının qızıl səthləri ilə qarşılıqlı təsirini araşdırıblar. Nəticələr müəyyən qızıl səthlərinin oksigen aktivləşməsini zəiflədən təbii qoruyucu model yaratdığını göstərib.
Mütəxəssislər bildirirlər ki, qızılın bu yenidən təşkil olunma qabiliyyəti olmasaydı, oksigen molekulları metal ilə daha sürətli reaksiya verərdi. Atom səviyyəsindəki bu gizli maneə oksigen reaksiyalarını milyarddan trilyon dəfəyə qədər zəiflədərək qızılın saf qalmasını təmin edir.
Luiziana ştatında yerləşən Tulane Universitetidən Metyu Montemor bildirib ki, qızılın oksigenlə güclü reaksiya vermədiyi üçün qaralmadığı düşünülürdü. O, apardıqları araşdırmanın ən çox yayılmış iki qızıl səth növündə atomların oksidləşməyə qarşı dayanıqlı bir şəkildə özlərini yenidən qurduğunu ortaya çıxardığını qeyd edib.
Əgər qızıl atomlarının bu səth düzülüşü dayandırıla və ya tərsinə çevrilə bilsə, plastiklərin əsas tərkib hissəsi olan vinil asetat istehsalı, avtomobil egzozlarında karbonmonoksidin təmizlənməsi və propilen oksid istehsalı kimi sahələrdə daha effektiv katalizatorlar hazırlamaq mümkün ola bilər. Detalları "Physical Review Letters” jurnalında dərc olunan bu tədqiqat qızılın inkişaf etmiş katalitik proseslərdə istifadəsi üçün yeni imkanlar aça bilər.
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB












