“Zita və Gita” 50 il sonra – Tanınmaz halda – FOTO

Dünyaca məşhur “Zita və Gita” filmində əkiz bacıların obrazını yaratmaqla 70-ci illərdə şöhrət qazanan hind aktrisası Hema Malini son halıyla təəccübləndirib. Avtosfer.az “medianews.az”a istinadən xəbər verir ki, 73 yaşlı ulduzun pərəstişkarları onun tanınmaz dərəcədə dəyişildiyini bildiriblər. Hema Malini karyerasını 17 yaşından qurmağa başlayıb, dünya şöhrətini isə 1972-ci ildə çəkilən “Zita və Gita” filmindən sonra qazanıb. Filmin süjeti, eləcə də aktrisanın eyni anda iki obrazı canlandırması Malinini Bollivud əfsanəsinə çevirib. Film çəkiləndən 50 il sonra onun rol aldığı layihələrin sayı 150-ni ötüb.
Qeyd edək ki, onun “Zita və Gita” filmindəki tərəf müqabili Dxarmendra evli olsa da, real həyatda da onunla ailə qurub. Belə ki, 1975-ci ildə aktyor artıq 4 uşağı olan xanımından boşanmaq və Hema ilə evlənmək qərarına gəlib. Lakin yoldaşı razı olmayıb. Bundan sonra aktyor İslamı qəbul edərək Malinini özünün ikinci xanımı edib. Aktrisanı belə vəziyyət narahat etməyib, çünki yoldaşı birinci xanımıyla deyil. yalnız onunla yaşayıb. Bu evlilikdən onların iki qızı dünyaya gəlib.

Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri













